Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan qadınının qəhrəmanlıq salnaməsini davam etdirən Mehriban xanım

0

  •          Tarixin bütün mərhələlərində qəhrəman Azərbaycan kişisinin yanında, ona arxa-dayaq duran, ona ruh verən, yeri gələndə onunla çiyin-çiyinə vuruşan, öz həyat yoldaşına hədsiz sədaqət nümunəsi göstərən Azərbaycan qadını olmuşdur. Eyni zamanda tarixdə şanlı izlər buraxmış Azərbaycan qadınları da yox deyildir. Belələrinə misal olaraq Azərbaycan hökmdarı Uzun Həsənin anası, dövrünün ilk diplomat qadını Sara xatunu, İran hökmdarı Keyxosrovun başını kəsib qan tuluğunda boğan Tomrisi və bu kimi onlarla qəhrəman Azərbaycan qadınlarını qeyd etmək olar.​ Azərbaycan qadınının qəhrəmanlıq salnaməsini bu gün ölkə başçımız İlham Əliyevin həyat yoldaşı, ölkənin Birinci xanımı, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, Azərbaycan Respublikası Gimnastika Federasiyanın Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin Birinci müavini, UNESCO-nun və İSESCO-nun Xoş Məramlı Səfiri Mehriban xanım Əliyeva davam etdirməkdədir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Göründüyü kimi Mehriban xanım Əliyevanın bütün fəaliyyəti Azərbaycanın dünya miqyasında tanınmasına, ölkənin daxili və xarici siyasətinin mükəmməl şəkildə həyata keçirilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yardımçı olmağa köklənib. Mehriban xanım Əliyeva beynəlxalq müstəvidə də bir çox xeyriyyə işlər də həyata keçirir. Buna misal olaraq Pakistan İslam Respublikasında inşa edilmiş məktəbi, Fransada, Rusiyada və dünyanın bir çox ölkələrində həyata keçirilən layihələri göstərmək olar. Bütün bu görülən işlər birmənalı olaraq Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin möhkəmlənməsinə xidmət edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Ötən ilin sentyabr ayında başlayan ikinci Qarabağ müharibəsində də Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə mənfur düşmənə qarşı mübarizədə daim Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduğunu öz əməli fəaliyyəti ilə nümayiş etdirdi. Azərbaycanın parlaq qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonrakı quruculuq işlərində də ölkənin 1-ci xanımı Mehriban Əliyevanın yorulmadan, usanmadan çalışması göz qabağındadır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​                Hal-hazırda işğaldan azad edilən torpaqlarda geniş miqyaslı quruculuq işləri aparılır. Həmin ərazilərdə böyük infrastruktur layihələri həyata keçirilir. Müxtəlif ərazilərdə yollar çəkilir, elektrik stansiyaları tikilir, hava limanları, yaşayış məntəqələri inşa edilir və həmin işlərə birbaşa ölkə rəhbəri cənab İlham Əliyev özü nəzarət edir. Belə ki, cənab İlham Əliyev tez-tez azad olunmuş ərazilərə səfər edir, görülən işlərin vəziyyəti ilə yaxından maraqlanır. Bütün bu səfərlər zamanı Mehriban xanım onun yanında olur, onu müşayiət edir. Hətta bəzən Prezident İlham Əliyev yarızarafat, yarıgerçək qeyd edir ki, mənim bu səfərlərimi Mehriban xanım tarixin yaddaşına köçürür.​ ​Meriban xanım Əliyeva ölkə Başçısı cənab İlham Əliyevin ən yaxın, ən etibarlı, ən sadiq silahdaşıdır. Onlar öz həyatlarını Azərbaycanın inkişafına, Azərbaycan insanının daha yaxşı yaşamasına həsr etmişlər. Bu yolda cənab İlham Əliyevə, onun sadiq silahdaşı Mehriban xanım Əliyevaya uğurlar diləyir, ölkəmizin çiçəklənməsi naminə yorulmadan fəaliyyət göstərmələrini arzu edirəm.Ramil Qarayev,Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib40 dəfə
    Azərbaycan qadınının qəhrəmanlıq salnaməsini davam etdirən Mehriban xanım

    Maraqlı gələ bilər
    47
    20